Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal “lazım gələrsə” xüsusi hərbi əməliyyatda Rusiya tərəfində döyüşməyə hazır olduğunu bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Ədalət naminə” sənədli filmində danışıb.
...Siqalın sözlərinə görə, o, Ukraynada Şimali Atlantika Müqaviləsi Təşkilatının fəaliyyətə başlamasının ertəsi günü Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.
...Ona yazdım ki, indi görəcəyik ki, bizim əsl soydaşlarımız kimlər, kimlər dostumuz, kimlər düşmənimizdir. Mən prezidentimin yanında olacağam və prezidentimlə mübarizə aparacağam, - deyə “xüsusi nümayəndə”, yəni Siqal əlavə edib.
O, həmçinin qeyd edib ki, "lazım gələrsə" prezidenti üçün öləcək.
Xatırladaq ki, Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını alıb. 2018-ci ildən o, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və ABŞ arasında humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə