Keçmişdən bu günə qədər insanlar geyim tərzi və aksessuarlarını seçərkən bir çox müğənnilərdən təsirlənmişlər. Bu hallar insanlara təsir etmiş və öz üslublarını yaratmışlar.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Xarici görünüşünüzün rolu:
Şəxsiyyət ifadəsi: Geyim şəxsi kimliyinizi əks etdirir. Məsələn, rəsmi geyimlər peşəkarlıq və ciddiliyi, rəngli və göz oxşayan geyimlər isə yaradıcılığı və enerjini ifadə edə bilər.
İlk təəssürat: İnsanlar sizi tanımadan əvvəl xarici görünüşünüzə baxırlar. İlk təəssüratlar qalıcıdır.
Hədəf auditoriyanızla ünsiyyət: Görünüşünüz hədəf auditoriyanızı cəlb etmək və onlarla əlaqə yaratmaq üçün güclü bir vasitədir. Hədəf auditoriyanızın gözləntilərini və üslublarını anlayaraq paltar seçə bilərsiniz, beləliklə onlarla daha asan bağ və ünsiyyət qura bilərsiniz.
Peşəkarlıq və güvən: Görünüşünüz peşəkarlıq və etibarlılıq hissini ifadə edə bilər. Bunun biznes və sosial münasibətlərdə böyük əhəmiyyəti var.
Moda fenomeni insanların gözləntiləri və ehtiyacları ilə uyğun gəlir. Eyni zamanda, dövrün şəraiti və sənət sahələri də ona təsir etdi. Musiqi janrları insanların geyim tərzinə, rənglərə, istifadə edilən aksesuarlara və saç tərzlərinə ciddi təsir edir. Buna görə də musiqi dəblə daim əlaqədədir.
Eyni bölməni paylaşan musiqi və moda sektorları bir-birinə təsir edən sektorlar arasında olduğundan, hər musiqi, janr öz üslubunu gətirir və buna görə də musiqi ilə moda həmişə qarşılıqlı əlaqədədir.
Bu tip tədqiqatların diqqətdən kənarda qalmaması vacibdir.
Modelyerlər XX əsrin ən vacib moda məqamlarından biri olduğuna inanırlar. Deyirlər ki, moda meylləri musiqi ilə paralel yaranır. Populyar musiqi ilə məşhurlaşan geyim tərzləri televiziya vasitəsilə qısa zamanda bütün dünyaya yayılmışdır.
Musiqi insan həyatının hər mərhələsində baş verən bir hadisədir. Musiqi sosial-mədəni hadisədir. Hər gün həyatda əyləncə aləti kimi istifadə olunsa da, mühüm funksiyaları vardır.
Moda və musiqinin dünyada müraciət etdiyi ən böyük seqmenti gənc nəsil təşkil edir. Xüsusilə dəb nəzəriyyəçiləri tərəfindən vurğulanan subkultural təsir moda hərəkatında subkulturanın geyim trendi olaraq təyin etdikləri gənclər tərəfindən başladılmışdır. Onlar bu tərzləri daha çox populyar musiqi, kino və televiziyadan götürürlər.
Bugün moda sosial- gündəlik həyatda geniş yer tutan populyar mədəniyyətin ən mühüm elementlərindən biridir.
Populyar musiqi xüsusilə 1950-ci illərdə modaya təsir etdi və məşhurlaşdı. Yəni, musiqi və moda arasındakı əlaqə 1950-ci illərdən bəri mədəni əhəmiyyət kəsb edir.
Bəs, müğənninin səhnə geyimi necə olmalıdır? Günümüzdə bəzi müğənnilər var ki, özlərini klouna bənzədirlər. Bu nə dərəcədə doğrudur? Yəni, səhnə geyimi müğənninin həyatında hansı rol oynayır?
Məsələn, ötən gün bir toy məclisini idarə edən müğənni Damlanın geyimi sosial şəbəkədə izləyicilər tərəfindən ciddi tənqid olunmuşdu. O imici ilə klouna bənzədilərək "Bircə burnunda qırmızısı çatmır ki, kloun olsun", "Qoyuna oxşayır", "Allah adamın ağlını almasın", "Bu niyə özünü kloun edib", "Heç kim onunla belə şəkil çəkdirmək istəməz", "İnsanın özünə etdiyi pisliyi heç kim ona edə bilməz", "Uşaq tədbirlərinə anomator kimi gedə bilər", "Görəsən bu güzgüyə baxanda nə fikirləşib", "Bircə soskası çatmır boynunda", "Adam yaşına uyğun geyinər. Bu ya imicdir?", "Gündəm olmaq üçün edir", "Allah şəfa versin", "Bu da Elza kimi bilmir necə yadda qalsın. Damla əvvəldən geyimini bilmirdi", "Damla dəli obrazında!" kimi şərhlər yazılmışdı.
Modelyer Şəlalə Maqsudova: “Müğənnilərin geyimlərinə çox fikir verirəm. Son zamanlar elə müğənnilər var ki, onların toy geyimləri gülüncdür. Çünki geyimlərini düzgün seçə bilmirlər.
Bəzi müğənnilər var ki, bununla bağlı dizaynerlərə müraciət edirlər. Bəzən dizaynerlər də onları səhv geyindirir. Bir sıra müğənnilər də özləri bu yolu seçilər. Yəni, dizayner onlara yardım etsə də onlar öz seçimlərini edirlər.
Damlanın bu stili sosial şəbəkələrdə çox qarşıma çıxır. Bu çox böyük qınaq mənbəyinə çevrildi. Çünki bu düzgün səhnə geyimi deyil. Qısa şortla belə köynək, saç və s. heç uyğun deyil. Bu onu gülünc vəziyyətə gətirib. Başdan ayağa ağappağa bürünüb. Qınanılmağı normaldır.
Müğənnilər bədən quruluşlarını düzgün seçməlidir ki, ona uyğun geyim alsın. Çox müğənni bədənini tanımır və səhnəyə normal olmayan vəziyyətdə çıxırlar. Düşünürəm ki, bunu edən müğənnilər gündəmə gəlmək üçün bilərəkdən edir. Çünki müğənnidən ən çox ya geyiminə, ya da oxuduğu mahnısına görə danışarlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə