İsrail mülki şəxslərin sığındığı məktəbi vurdu - 20 ölü, çoxlu sayda yaralı var

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərində məcburi köçkün fələstinlilərin sığındığı məktəbi hədəf alması nəticəsində azı 20 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli mənbələrdən verilən məlumata görə, İsrail ordusunun hücumu nəticəsində çoxlu sayda yaralının olduğu, yaralananlar arasında vəziyyətinin ağır olduğu bildirilib.

İsrailin Qəzza zolağının cənubuna hücumları nəticəsində 7 fələstinli həlak olub. Şahidlər həmçinin Qəzzanın şimalındakı Səftavi və Tevam bölgələrində şiddətli partlayışların baş verdiyini və İsrail döyüş təyyarələrinin Səftavi qəbiristanlığı yaxınlığındakı evi bombaladığını bildiriblər.

Şahidlərin bildirdiyinə görə, İsrailin pilotsuz uçan aparatları Səftavi rayonunun əsas küçəsinə, qərbdəki Tevam qovşağında yerləşən hərbi maşınlara da güclü atəş açıb. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 42 min 10 fələstinli ölüb, 97 min 720 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə