Qəzzada törədilən soyqırım bütün insanlıq üçün utancvericidir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın Baş naziri Edi Rama ilə birgə mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan deyib:

"Biz ticarət və investisiya sahələrindəki təşəbbüslərimizi xalqımızın rifahını yüksəldəcək addımlar kimi görürük. İlk mərhələdə ticarət həcmimizi 2 milyard dollara çatdırmaq üçün birgə səylərimizi davam etdiririk. Biz innovativ sektorları da daxil etmək üçün qarşılıqlı investisiyaları diversifikasiya etmək barədə razılığa gəldik. Hörmətli Rama ilə terror təşkilatlarına, xüsusilə FETÖ-yə qarşı birgə mübarizə məsələsini də müzakirə etdik. Terror təşkilatlarına qarşı mübarizəmizi səmərəli şəkildə davam etdirəcəyik. Biz həmçinin qlobal və regional məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Netanyahu hökumətinin indi qlobal nizam üçün təhlükəyə çevrilmiş təcavüzləri ilə bağlı fikirlərimizi bölüşdük. Qəzzada bir ildir davam edən soyqırımı bütün bəşəriyyətin ortaq ayıbıdır. Daimi atəşkəsin təmin edilməsi, humanitar yardımların çatdırılması və İsrailə lazımi təzyiqlərin göstərilməsi üçün əlimizdən gələni etməliyik. Diyanət Vəqfimizin dəstəyi ilə türk xalqının hədiyyəsi olan Namazgah məscidinin açılışını edəcəyik. Prosesdə əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm".

Rama isə açıqlamasında bunları deyib: "Bu gün mən böyük məmnunluq hiss edirəm. Biz Yüksək Səviyyəli Şuranın ikinci iclasını keçirdik. Bu əməkdaşlığı gücləndirmək üçün biz buradayıq ki, əldə etdiyimiz razılaşmalar istiqamətində konkret addımlar atmaqla, qiymətləndirmələr istiqamətində konkret addımlar ataq. 2 milyon avroluq hədəfimizə çatmaq istəyirik. Biz də bunun öhdəsindən gələcəyik ümid edirik. Bu ilin ilk 8 ayında Türkiyə vətəndaşlarının Albaniyaya səfərləri 85 faiz artıb. Gələcək investisiyalar üçün razılığa gəldik. Türkiyə fövqəladə inkişaf göstərdi. Bunun bizim üçün böyük əhəmiyyəti var. Digər tərəfdən, bir çox əməkdaşlığa imza atmışıq. Səbirsizliklə gözlədiyimiz razılaşma var idi: BTİ-nin Tiranada proqram açması böyük əhəmiyyət kəsb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə