Braziliya prezidenti müsəlmanları öpüşlə qarşılayıb

Braziliya prezidenti Lula da Silva Livandan gələn müsəlmanları qucaqlayıb öpərək qarşılayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin xüsusilə Livanın cənubuna qarşı hücumları davam edir. Bu hücumlar nəticəsində minlərlə livanlı didərgin düşüb və müxtəlif ölkələrə köç etmək məcburiyyətində qalıb.

Braziliya livanlı qurbanların üzünə qapılarını açan ölkələrdən biri idi. Braziliya prezidenti Lula da Silva hava limanında İsrailin intensiv hücumlarından xilas olan livanlı müsəlmanları hərarətlə qarşılayıb və onlara dəstək verib.

Bütün xəbərlər Facebook səhifəmizdə