Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dekabrın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 929 min 891, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 304, ikinci mərhələ üzrə 4 milyon 875 min 385, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 667, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 535-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə