Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 409 nəfər müalicə olunaraq sağalıb, 10 min 6 nəfər vəfat edib. Aktiv xəstə sayı 565 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 743, bu günə qədər isə ümumilikdə 7 milyon 421 min 167 test icra olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB