İndi də vərəm və malyariyadan ölənlərin sayı artıb

Koronavirus pandemiyası zamanı dünyanın əksər ölkələrində COVİD-19-u ehtiva etməyə diqqət yetirildiyi üçün digər yoluxucu xəstəliklərin qarşısının alınması və müalicəsində bir sıra gecikmələr olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Belə ki, təşkilatın baş direktoru Tedros Qebreyesus qeyd edib ki, dünya ölkələrində insanın immunçatışmazlığı virusu, malyariya və vərəmlə mübarizədə “proqressiv addımlar” dayanıb və ya geri çəkilib. Nəticədə 2021-ci ildə insanın immunçatışmazlığı virusu, vərəm və malyariyadan ölənlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Pandemiya dövründə ildə insanın immunçatışmazlığı virusu testlərinin sayı 41 faiz, vərəmin diaqnostikası, müalicəsi və profilaktikası üçün müraciətlərin sayı isə 56 faiz azalıb.

Qeyd edək ki, aşağı və orta gəlirli ölkələrdə bu daha çox rast gəlinir.

Buna əsaslanaraq Ümumdünya Səhiyyə Təşkilatı dünya ictimaiyyətini yoluxucu xəstəliklərə qarşı immunizasiya prosesini gücləndirməyə çağırıb.

Yeri gəlmişkən, təşkilatın məlumatına görə, ötən həftə dünyada 3,3 milyondan çox insana COVID-19 diaqnozu qoyulub. Onlardan 9800-ə yaxını xəstəlik səbəbindən dünyasını dəyişib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə