Hindistan öskürək siroplarının uşaq ölümləri ilə əlaqəli olmadığını iddia edir
Hindistanın əczaçılıq üzrə baş auditoru Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) tərəfindən Hindistanda istehsal olunan öskürək siroplarının Qambiyadakı ölümlərlə əlaqələndirilməsi ilə bağlı erkən nəticəyə dair məktub yazıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məktubda ÜST-nin Qambiyadakı uşaq ölümləri ilə Hindistanda istehsal edilən 4 öskürək siropu arasında erkən əlaqə qurduğunu qeyd edib. Hindistan tərəfindən bildirilib ki, ölkədə istehsal olunan əczaçılıq məhsullarının dünya imicinə mənfi təsir edib.
Qambiyada öskürək siropu istehlakı ilə ölümlər arasında hələ birbaşa əlaqənin qurulmadığını xatırladan şirkət ölən bəzi uşaqların söz mövzusu siropu istehlak etmədiklərini bildirdiklərinə diqqət çəkdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB