2022-ci ilin payızında hansı geyimlər dəbdədir? - ARAŞDIRMA

Payızın gəlməsinə sayılı günlər qalmış Paris, Nyu-York və London Moda Həftələrində nümayiş olunan brendlər 2022-ci ilin payız trendlərini dəbsevərlərlə bir araya gətirib. Hər il olduğu kimi bu dəfə də canlı rənglərin ön planda olduğu bir moda ili müşahidə olunur. Zaman zaman vitrinlərdə olmağı sevən parlaq və neon rənglər bu il də trendlər arasında olacaq.

Canlı rənglər ön plandadır

Gənc və aktiv bir üslub yaratmağa kömək edən çəhrayı tonlar, demək olar ki, hər il olduğu kimi hələ də üstünlük təşkil edir. Mövsümün ən dəb keçidlərini ehtiva edən bu tonları özü kimi canlı və ya yumşaq rənglərlə saxlayaraq, bu payızda zamansız və sadə harmoniya əldə edə bilərsiniz.

Pastel tonları

Başdan sona qədər yumşaq rəngli keçidlərin üstünlük təşkil etdiyi birləşmələr təmiz və sadə bir üslub üçün şərtdir.

Tüvit parça qayıdır

Keçən il əsasən rast gəlinən Tüvit parça, bu payız da mağaza kolleksiyalarına daxil edildi.

Qəhvəyi tonlar payız ruhu ilə gəlir

Qəhvə və torpaq tonları daim payız ruhu ilə xatırlanmağa davam edir. 2022-ci ilin payızında bir çox markanın kolleksiyalarında tez-tez qarşılaşacağımız bu tonlar fərqli toxumalarla birləşəcək.

Böyük naxışlar

Xarici geyimlər kateqoriyasında görəcəyimiz naxışlı paltolar payız dəbinin sevimlisi olacaqdır.

SİA bu ilin payız geyim və saç dəbi haqqında araşdırma apararaq geyim üzrə mütəxəssis, dizayner, modelyer və stilistlərin fikirlərini öyrənib.

Stil məsləhətçisi Rena Əliyeva: “2022-2023-cü illərdə 2000-ci illər dəbinin təkrarını görəcəyik. 2000-ci illərin dəbinə nəzər yetirsək, bu il də özünü göstərən düşükbel və bədənə oturmayan şalvarlar çox populyar olacaq. Bu şalvarların üstünə atletik kəsim ağ rəng maykalar geyilir.

Şalvar modasında geniş düşükbel şalvarların əksinə, bütün bədənə yapışan tulumlar dəbdə olacaq. Bunlar lak, dəri və rezin materialdan olacaq ki, bədənə tam yapışsın. Bir neçə il düşükbel şalvar və tulumlar gəlib getsə də, bu bir yoxlama idi. Tamı-tamına 2022-2023-cü il dəbində bunu daha sıx görəcəyik.

Şalvar və ayaqqabının bütünləşdiyi yeni bir dəb gəlir. Bu dəbin özünü qəbul etdirməyi 1-2 il çəkəcək.

Artıq mağazalarda rahatlıqla düşükbel ətək və şalvarlar tapa bilərik. Bir şey dəbdir deyə hər kəs bunu alıb geyinmək məcburiyyətində deyil. Zövqsüz və pis görüntüyə gətirib çıxaran dəb olan geyimi hər kəsin geyinməyə çalışmasıdır.

Ayağı qısa və beli uzun bir qadın geniş düşükbel şalvardan istifadə etsə, çox gülməli və qorxunc bir görüntü ortaya çıxacaq. Dəbdən öncə insan bədənini tanımalı və dəbin içindən özünə uyğun olanı seçib geyməlidir”.

Stilist dizayner Vəfa İsazadə: “Bu il keçən ilki kimi jiletlər dəbdə olacaq. Altından köynəklə, hətta köynəksiz bel geyinmək aktuallığını bu il də saxlayacaq.

Parça üzərində printli geyimlər də bu il dəbdə olacaq. Parıltılı, qızılı və gümüşü rəng və materialda olan geyimlər də 2022 payız və qış aylarının dəbinə çevriləcək.

Qadın kostyumlarda keçən ildən fərqli olaraq ətəkli kostyumlar üstünlük təşkil edəcək.

Üst geyimlərdə isə sırıqlı gödəkçələr və süni xəz dəbdə olacaq.Cins materialdan olan geyimlər bu il də öz dəbini qoruyub saxlayacaq.

Trikotaj materialdan olan jemper və donlar daha cox debde olacaq. Bu ilin rəngləri pudra, laym, qırmızı, yaşıl, qəhvəyi, sarı ve həmişəki kimi ağ və qara rənglər aktual olacaq”.

Stlist Sərxan Aslanzadə: “Bu payız daha çox təbii tonlar üstünlük təşkil edir. Bunlara qəhvəyi tonlar deyirik.

Koloristikada ən vacib faktor rəng keçişlərinin sərt deyil, əksinə yüngül keçişlər olmasıdır.

Əslində, saç rəngi insanın dəri tonu ilə uyğunlaşmalıdır. Bu da onun sarışın əsmər olmağından asılıdır. Amma bu ildə ışıltılı rənglərə və öz saç rənginizin alt tonlarına üstünlük veriləcək”.

Dizayner modelyer Şəlalə Maqsudova: “2022 payız-qış rəngləri yaz-yay rənglərindən biraz fərqlənəcək. Yaz-yay rənglərində göy, qırmızı və yaşıl rənglərdən ibarət olan istər qarışıq, istər güllü, istərsə də assimetrik xətlərlə olan parçalar daha çox idisə, payızda daha çox bu rənglərin 1 tonlu, yəni qatqısız 1 rəng olan parçalar və bir də daha çox pələng dərisini xatırladan parçalar istifadə olunacaq. Qış fəslində isə qara hər zamanki kimi aktual olacaq. Boz rənglər əlavə olunacaq.

Bu payızın geyim trendinə ən çox köynəyin, vadalaskaların üstündın geyim üçün formalı jiletlər irəli sürülüb. İstər ətəkdə, istərsə də şalvarda jiletlər daha çox istifadə olunacaq.

Artıq şifon və nazik kətan, ipəklər yerini biraz qalın parçalara verəcək. Qışda isə üst geyimləri üzərinə xəz elementləri ilə işlənilən çox uzun olmayan, bel kəsiyi olmayan paltolar daha gündəmdə olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə