Zara 2023-cü ildə Rusiyaya qayıda bilər

Zara 2023-cü ildə Rusiya bazarına qayıda bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu brədə “İzvestiya” qəzeti yazır.

Hazırda şəbəkə Rusiya bazarında fəaliyyətini necə bərpa edəcəyinə qərar verə bilmir. Bu halda söhbət başqa xarici şirkətlər tərəfindən artıq istifadə edilmiş bir neçə üsuldan gedir.
Beləliklə, məsələn, şəbəkə biznesi yerli tərəfdaşa sata bilər ki, bu da mağazaların adında əks olunacaq. Həmçinin, şirkət françayzinq hüquqlarını sata bilər - bu üsul artıq Ermənistan və Gürcüstanda tətbiq olunur.

Bununla belə, qərar qəbul edilənə qədər iri Inditex mağazalarının sahibi pərakəndə satış şəbəkələrindəki icarə müddətini bugünkü xüsusi şərtlərlə, yəni boş qalan yer üçün minimum ödənişlə uzadacaq.

Qeyd edək ki, nditex brendinin sahibi ticarət mərkəzlərindən icarə müqavilələrini xüsusi şərtlərlə 2022-ci ilin sonuna, bəzi hallarda isə 2023-cü ilin yazına qədər uzatmağı xahiş edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...