“Glamour” moda nəşrinin redaktoru Elizabet Almazan 2022-ci ilin yayının ən dəbli paltarlarını tövsiyə edib.

Müvafiq material nəşrin saytında yer alıb.

Belə ki, mütəxəssis qeyd edib ki, pasteldən tutmuş parlaq rənglərə qədər müxtəlif rənglərdə təqdim olunan atlaz parçadan hazırlanmış əşyalar aktuallaşacaq. Bundan əlavə, o, əsas tendensiyalar sırasında çap və perforasiya ilə bəzədilə bilən köynək paltarları təqdim edib.

Eyni zamanda, korset paltarları, müxtəlif hissələri kəsikli qarderob əşyaları, eləcə də 2000-ci illərin üslubunda qalstuklarla bəzədilmiş geyimlər də məşhur olanlar siyahısındadır. Almazanın fikrincə, toxunma paltarlar da ən gözəl dəbli paltarlardır. Bunlar eyni zamanda həm romantik, həm də universal görünə bilərlər.

Qeyd edək ki, mayın əvvəlində, “Marie Claire”nin moda redaktoru Sarah Holtzman, mütəxəssislərlə birlikdə, 2022-ci ilin ən isti denimini “təyin etmiçdi”. Belə ki, bu siyahıya 1990-cı illərin trendlərini xatırladan enli paçalı yüksək belli şalvarlar, irisiz gödəkçələr və maksimum uzunluqlu ətəklər daxildir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə