Bu ilki yayın ən dəbli rəngləri

Moda redaktoru Qabriel Tezvell, 2022-ci ilin yay mövsümünün altı ən dəbli rəngini sadalayıb. Müvafiq material “21Ninety”-nin veb saytında yerləşdirilib.

SİA bu barədə “rambler”ə istinad edir.

Ekspertin fikrincə, bu yayın bütün tendensiyası çalarları təbiidir. Məsələn, bura Bottega Veneta Lüks markası sayəsində populyarlaşan yaşıl daxildir. Bundan əlavə, bej və bütün torpaq kölgələri bu kateqoriyaya daxil olub. Qeyd edək ki, mütəxəssis, yalnız təbii materiallardan tikilən geyimləfrdən ibarət paltarlardan istifadə etməyi tövsiyə edir.

Eyni zamanda, parlaq görüntüləri sevənlər üçün Tezvell narıncı və sarı paltarlara baxmağı məsləhət görür.

"Xoşbəxt" isti tonları, odlu çalarlarla birlikdə görüntülərdə üstünlük təşkil edəcək”.-deyə stilist əlavə edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə