Moda redaktoru Emili Douz son 50 ildə dəbdə olan paltarı yığaraq “WWD” saytında dərc etdirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,

bu, 1970-ci illərdə dizayner Norma Kamali tərəfindən hazırlanmış qıvrımlı bir çiyinli paltardır. Douz qeyd edib ki, hazırda bu məhsulun minlərlə nüsxəsi hələ də hər həftə alınır. Üstəlik, mağazalarda görünəndə, demək olar ki, həmişə rekord sürətlə satılır.

Məlumdur ki, aktrisa Sara Cessika Parkerin qəhrəmanı “Sex and the City” serialının davamı – “Just Like That” serialında yuxarıda adı çəkilən geyimdə görünüb.

Eyni zamanda nəşr üçün digər məşhurlar da Kamalinin paltarını seçiblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə