“Gucci” ödənişləri kriptovalyuta ilə alacaq

İtaliyanın moda nəhəngi “Gucci” şirkəti ABŞ-dakı mağazalarda ödənişləri kriptovalyuta ilə qəbul etməyə başlayacağını açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, lüks geyim sənayesinin rəqəmsal bazarlara marağının artdığı vaxtda “Gucci” moda evi Nyu-York, Los-Anceles, Mayami, Atlanta və Las-Veqasdakı bəzi mağazalarının may ayının sonundan etibarən məhsullara görə ödənişləri kriptovalyuta ilə qəbul edəcəyini bildirib. Kriptovalyuta ilə alış-veriş yay fəslinin sonuna kimi Şimali Amerikadakı bütün mağazalarda mümkün olacaq.

Şirkət “Bitcoin”, “Bitcoin Cash”, “Ether”, “Dogecoin” və “Shiba” daxil olmaqla ümumilikdə 10 kriptovalyutanı qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə