Pazlı sandaletlər - bu yayın trendi olacaq

Kembric hersoginyasının çox sevdiyi pazlı sandaletlər isti yay günlərində istənilən modaistin işinə yarayacaq. Bu sandalları yalnız romantik havadar paltarlarla deyil, həm də cins şalvar, maraqlı ətəklər və ya çimərlik sarafanları ilə geyinmək olar.

SİA rus saytlarına istinadən belə ayaqqabılarda özünüzü çox rahat hiss edəcəyinizi bildirir. Belə ki, bu ayaqqabıların əsas prinsipi - "sabitlik", ən kritik vəziyyətlərdə belə rahat və möhtəşəm görünməyə kömək edəcəkdir. Ayağın zərif əyilməsi və hündürlüyə əlavə santimetr əlavə xoş bonuslardır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə