Keyfiyyətli paltarları necə seçməli?

Moda brendlərinin eko-məsləhətçisi Lucianna Tonti mağazalarda paltarların keyfiyyətini yoxlamağın sadə yollarını sadalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “The Guardian” üçün köşə yazısında yazıb.

Deməli Tontinin yazdığına görə, geyimlərin keyfiyyəti 1990-cı illərdən "sürətli moda"nın meydana çıxması ilə nəzərəçarpacaq dərəcədə aşağı düşməyə başlayıb.

Bu hadisənin nəticəsi istehsalın və istehlakın aktiv artımı, eləcə də məhsulların maya dəyərinin kəskin azalması oldu. Ekspertin fikrincə, bu gün sərfəli qiymətə davamlı paltar tapmaq mümkündür, lakin əşyalar seçərkən bəzi nüansları nəzərə almaq lazımdır, məsələn, tikişlər, parça tərkibi və istehsal edilən ölkə...

Paltarların keyfiyyətini yoxlamağın başqa bir yolunu Parisdəki nüfuzlu “Parsons” moda məktəbinin müəllimi Maks Sanderson təqdim edir. Belə ki, o paltar alarkən məhsulların kənarlarını və tikişlərini diqqətlə yoxlamağı tövsiyə edir.

Nazlı Babayeva

Bütün xəbərlər Facebook səhifəmizdə