İlin dəbdə olan saç tonları BUNLARDIR - DİQQƏT! - STİLİST MÜNASİBƏT BİLDİRDİ

“İlin ən çox dəbdə olan saç üçün rəng tonu sarı tonlardı və xüsusilə də "bebek" sarısıdı. Xanımlar əsasən saçlarını rənglədərkən "ombre", "balyaj", "face light", "baby light" saç tonlarından istifadə edirlər”. Bu sözləri SİA-ya açıqlamasında stilist Günay Salmanova bildirib.

Onun sözlərinə görə, bu tonlarda olmayan rənglərə də, xitab edənlər az deyil: “Bununla yanaşı hər bir xanım saçını boyadığı zaman dəri rənginə və üz qurluşuna uyğun olan rənglərdən istifadə edirlər. Fikrimcə, müştərilən çox bir hissəsi "balyaj" və "baby light"dan daha çox istifadə edirlər. Saç kəsimlərindən də düz kare və dalğavari buruqlardan daha çox istifadə olunur. Ümumiyyətlə bu kəsimlər hər bir xanımın üz qurluşuna uyğundu və çox gözəl görüntüyə məxsusdu”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...