Çılpaq bədəndəki pencək yenidən dəbdədir

Çılpaq bədənə pencək geyinmək trendi məşhurlar sayəsində yenidən dəbdədir. Bu, “The Sun”un moda redaktorlarının sosial şəbəkələrdəki nəşrlərə əsaslanaraq gəldiyi qənaətdir.

Qeyd edək ki, çılpaq bədənə pencək geyinmək 2020-ci ilin oktyabrında da populyarlıq qazanmışdı. Daha sonra çılpaq bədəndə gödəkçədə Finlandiyanın baş naziri Sanna Marin ictimaiyyət qarşısına çıxmışdı. Siyasətçi “Trendi” jurnalının yeni sayının üz qabığı üçün fotosessiyaya qatılaraq, dekolteli qara blazerdə gölün fonunda poza vermişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə