Saçlara zərər verən 6 vərdiş MÜTLƏQ OXUYUN

Saçların zədələnməsi və səliqəsiz görünməsi istifadə etdiyimiz şampunla əlaqəli deyil. Bunun səbəbi səhv vərdişlərdir. Fərqində olmadan bir çox vərdiş saçlarınızın köhnəlməsinə səbəb olur.

Saçlara zərər verən 6 vərdiş bunlardır:

1. Yun geyim
Yun geyimlər soyuq havalarda saçlara zərər verir. Çünki yun elektrik yığır və saçlarınızın paltarlara yapışmasına səbəb olur. Nəticədə saçqıranlar meydana gəlir.

2. Dəsmal və ya qurutma aparatından istifadə
Duşdan sonra saçı dəsmal ilə bükmək və bu şəkildə qurumasını gözləmək saçqıranların yaranmasına səbəb olur. Saç qurutma aparatından müntəzəm istifadə saçın həm kövrək, həm də solğun olmasına səbəb olur. Saçınızı düzgün qurutmaq üçün saç qurutma aparatını saçınızdan 15 sm aralı saxlayın.

3. Elastik rezinlərdən istifadə
Saçlarınızı elastik rezin ilə yığmaq saçların qırılmasına səbəb ola bilər. Saçlarınızı sıx yığmağı sevirsinizsə, elastik rezinlər yerinə parça rezinlərdən istifadə edə bilərsiniz.

4. Saç kremindən istifadə
Saç kremi saç tellərini yumşaltmaq və qidalandırmaq üçün vacibdir. Saç kremlərindən düzgün istifadə etməyəndə saçların dolaşıq görünməsinə səbəb ola bilər. Saç kreminin saçın diblərinə çəkilməsi saçları ağırlaşdıra və kökləri yağlı göstərə bilər. Saçınızın sağlamlığı üçün kremi yalnız saçın uclarına çəkin.

5. Quru şampundan istifadə
Dar vaxtlarda quru şampun tam bir xilaskar ola bilər. Ancaq çox tez-tez istifadə etmək baş dərinizin qaşınmasına və qurumasına səbəb olur. Həmçinin gələcəkdə kəpəyə səbəb ola bilər.

6. Eynəyi başınıza taxmayın
Günəş eynəyini hər dəfə saçınıza taxdığınız zaman onlarla saç tökəcəksiniz. Eynək saç dərisindəki qan axını azalda bilər və saçın uzanmasını yavaşladır.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə