Saçlarımızın ucları qırıldıqda, tək çarəni saçı kəsdirməkdə görürük. Saçlarımızı kəsdirmək əvəzinə evdə qırılan saçları yenidən bərpa etməyin yollarını bilmək lazımdır.

1. Qatıq və zeytun yağı

Stəkanın dörddə birinə yağlı qatığı bir xörək qaşığı zeytun yağı ilə qarışdırın. Saçınıza çəkin və maskanı saçınızda 15-30 dəqiqə saxlayın, sonra yuyun.

Zeytun yağında saçları parıldadan və zərərdən qoruyan yağ turşuları var.

Qatıqda isə ölü dəri hüceyrələrini saç dərisindən çıxarmağa kömək edən və sağlam bir baş dərisi və sağlam saç üçün doğru həll ola bilən süd turşusu var.

2. Yumurta sarısı və bal

Bir yumurta sarısını bir çay qaşığı bal ilə qarışdırın. Maskanı saçınıza çəkin və yuyub durulamadan əvvəl iki saat saxlayın. Bal nəmi tutan və quru, qırıq saçların qarşısını alan təbii bir nəmləndiricidir.Yumurta parçalanmış ucların pisləşməsinin qarşısını alan protein və amin turşuları ilə doludur. Saçların parıltısını, gücünü və həcmini bərpa edirlər.

3. Kokos yağı

Kokos yağı saçlarınız üçün ən yaxşı yağlardan biridir. Fincanın dörddə birinə kokos yağı qoyun və onu mikrodalğalı sobada təxminən 10 saniyə qızdırın. Daha sonra 6 damla rozmarin efir yağı əlavə edin.Quru saçlara, bütün saç dərisinə və uclarına çəkin. Əgər saçınız coddursa arqan yağı da əlavə edə bilərsiniz.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...