...Rik Ouens brendinin kolleksiyalarında xəzdən istifadəni dayandırıb. O, bu addımı moda evinin veb saytında elan edərək, şirkətin son on ildə xəz istehsalını əhəmiyyətli dərəcədə azaltdığını və artıq xəz istehsal etməyəcəyini vurğulayıb.
SİA-nın məlumatına görə, Rik Ouens onlayn mağazasından mink çantası elandan qısa müddət sonra yoxa çıxıb.
Ouensin qərarı xəzin qadağan edilməsi ilə bağlı son tendensiyaya uyğundur.
Condé Nast və Hearst Magazines əvvəllər redaksiya və reklam materiallarında xəzin tamamilə qadağan olunduğunu elan etmişdi və Amerika Moda Dizaynerləri Şurası Nyu-York Moda Həftəsində xəz və heyvan dərilərinin istifadəsini qadağan etmişdi.
Lakin Rik Ouensin xəzdən imtina etməsinin ən azı bir başqa səbəbi var idi.
10 dekabrda xəz Tticarətini ləğv etmək koalisiyası ətraf mühit hərəkatı brendə qarşı bir sıra tədbirlər elan etdi.
Onlar eyni anda bir neçə şəhərdə baş tutdu: Los-Anceles və Nyu-Yorkdakı Rik Ouens mağazalarının qarşısında və Londonda Rik Ouens mebellərinin "Pas heç vaxt yatmır" adlı sərgisinin keçirildiyi Carpenters Workshop Qalereyasında. Xəz qadağası rəsmi olaraq təsdiqləndikdən sonra fəallar kampaniyanın başa çatdığını elan etdilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB