...Geniş kovboy tipli kəmərlər gözlənilməz bir dönüş edib və 30-dan yuxarı olanları qorxudub..?
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The Sun” yazır.
Nəşr TikTok-da səhifəsinin 122 min abunəçisi olan bloqqer Nina Diksonun videosuna diqqət çəkib.
Orada qız bildirib ki, qızı ilə alış-veriş edərkən 1990-cı illərdə məşhur olan aksesuar görüb.
İnfluencerin sözlərinə görə, onun varisi onu almaq istəyib. Belə ki, o, metal pərçimlərlə və dairəvi toqqa ilə bəzədilmiş çəhrayı kovboy üslublu enli kəmərini kameraya nümayiş etdirib.
...Təxminən 14 yaşım olanda geyindiyimiz şey belə idi. Onunla birlikdə necə də gözəl olduğumuzu düşünürdük. Moda geri dönəcək deyəndə yalan danışmadılar. Belə bir şey geyindiyim fotonu tapmalıyam...
Maraqlıdır ki, videonun müəllifi bunu istehza ilə qeyd edib..? Diksonun paylaşımı 2,5 milyondan çox baxış və 113 min bəyənmə toplayıb.
Bir çox internet istifadəçisi gördüklərindən dəhşətə gəlib. ...Bunların hər rəngində idim. 2000-ci illərin əvvəllərində onları uzun qələm ətəklərlə geyinirdim.
- Anam deyirdi ki, moda dövridir və bu, doğrudur.
- Mən bu kəmərdən psixi zədə almışam.
- Bu, narahat edici xatirələri geri qaytarır.
- Yox! Onlar geri döndüklərinə əmindirlərmi?
Belə şərhlər müzakirə olunub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə