2010-cu illərin pencək trendi yenidən dəbdə olacaq…

“Vogue”: 2025-ci ilin yazında zabitlərin uniforma üslublu gödəkçələri yenidən dəbdədir

...2010-cu illərdə məşhurlaşan zabit forması tipli gödəkçələr 2025-ci ilin yazında yenidən dəbdə olacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Fransanın “Vogue” nəşri məlumat yayıb.

Bu gödəkçələr geniş çiyinlər, dar bel, qızıl və ya gümüş düymələr və hörük ilə xarakterizə olunur.

Bu üslublar Balmain və Saint Laurent kimi aparıcı brendlər tərəfindən nümayiş etdirilib və müğənnilər Rihanna, Beyonce də daxil olmaqla məşhurlar arasında favorit olub.

Hazırda oxşar üslubda olan gödəkçələrə Balenciaga, The Kooples və Balmain kimi brendlərin kolleksiyalarında rast gəlmək olar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə