...“Vogue” jurnalının fransız versiyasının redaktorları 2025-ci ilin yaz və yayı üçün ən dəbli geyim rənglərini açıqlayıb.
SİA xəbər verir ki, müvafiq material nəşrin saytında dərc olunub.
Jurnalistlər Pantone Rəng İnstitutunun məlumatlarını və moda brendlərinin ən son kolleksiyalarını təhlil ediblər.
Beləliklə, neytral və pastel çalarların qarşıdakı isti mövsümlərdə aktual olacağını qeyd etdilər.
Bunlara Chanel, Miu Miu, Loewe və Balenciaga tərəfindən göstərilən toz çəhrayı və Chlote Acne Studios tərəfindən təqdim olunan buzlu mavi daxildir.
Həmçinin kərə yağı, şokolad və bej də trenddir.
...Yanvarın əvvəlində Impression Professional brendinin saç stilisti və texnoloqu Oleq Katalin rus qadınlarına 2025-ci il üçün ən dəbli rəngləmə növləri haqqında danışmışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə