2024-cü ilin gəlinlik dəbi NECƏDİR? - ARAŞDIRMA

Gəlinlik seçimi toy planlaşdırmasının ən maraqlı mərhələlərindən biridir. Fərqli parçalardan istifadə edilərək istehsal edilən gəlinliklər zəriflik və estetika gətirir. Təbii ki, gəlinliklərin hazırlanmasında istifadə olunan parçalar sizin şəxsi seçimlərinizlə müəyyən edilir. Mütəxəssislər tərəfindən hazırlanmış gəlinlik modelləri hər il dəyişən dəb anlayışına uyğun formalaşdırılır.

2024 gəlini olacaqsınızsa, yeni ilin gəlinlik modasına diqqət yetirməlisiniz. Çünki gəlinlik sferasının aparıcı brendləri Nyu Yorkda ən son kolleksiyalarını təqdim ediblər.

SİA 2024-cü ilin gəlinlik modası ilə bağlı araşdırma aparıb.

Bu gün bir çox gəlinlər bir toyda iki gəlinlik seçimi edir. Bu səbəbdən dizaynerlər də gəlinlərə bir çox seçimlər verən kolleksiyalar yaratmağın yollarını tapırlar. Nazlı və qabarıq mini gəlinliklərə əlavə olaraq, bu il çoxlu romantik yaylı xətlər və parlaq bəzəklər diqqəti cəlb edəcək.

Toylarının yalnız bir hissəsində dramatik forma istəyənlər üçün həcmli, ağır və parlaq gəlinliklər dəbdədir. Lakin asanlıqla çıxarıla bilən siluetlər ön plandadır.

Qısa gəlinliklər

Gəlinliklərdə qısa ətəklər, sözün əsl mənasında, artmaqdadır. Uzun qollu və mirvari boyunbağı ilə olan qısa modellərdən əlavə, yazda boş, sadə mini gəlinliklər də diqqət çəkəcək.

Bantlar

2024 Yaz/Yay kolleksiyalarında bantlar üstünlük təşkil edir. Dəbli gəlinlik kateqoriyasına daxil olan dizaynlar podiumlarda şişirdilmiş, dramatik görüntülər nümayiş etdirir. Normalda aksessuar kimi istifadə edilən bant indi bir çox gəlinliklərin ayrılmaz hissəsinə çevrilib. Gələn il bir çox gəlinlərin bu motivin şirinliyini qəbul edəcəyi gözlənilir.

Şəffaf (transparan) xətlər

Bütün dostlarınızın və ailənizin qarşısında bu libasla gəzmək yəqin ki, cəsarətli bir hərəkətdir. Dizə qədər çəkmələr və dirsəyə qədər əlcəklərlə transparan gəlinliyi bəzəyə bilərsiniz.

Sürünən və sürünməyən libas ətəyi

Gəlinliklərdə həmişə yer süpürən (sürünən) paltarların ağır olduğunu təxmin edə bilərsiniz. Ancaq bu dəfə hündür və alçaq siluetlər dizaynlara fərqlilik qatır. 2000-ci illərin əvvəllərində gözə çarpan stil, bu mövsüm böyük bir şəkildə geri dönüb. İndi gəlinliklərdə zərif parçalar, dalğalı siluetlər və romantik detalların qarışığı yer alır.

Çiçək detalları

Çiçək naxışları baharın simvoludur. Lakin demək olar ki, hər kolleksiyada yeni üsullarla görünür. 3D naxışlı çiçəklər bu il çox dəbdədir.


Builki gəlinlik modelləri ümumiyyətlə aşağı çiyinli və uzun ətəkli modellərdən ibarətdir. Bu modellər üçün aksesuar seçərkən mükəmməl uyğunlaşacaq ağ qızıl boyunbağı modellərini nəzərdən keçirməyi unutmayın.

Təbii ki, bu modellər də şəxsi zövq və üstünlüklərə uyğun formalaşdırıla bilər. Bu səbəbdən gəlinlik seçimindən əvvəl lazımi araşdırmaların düzgün aparılması sizi ən yaxşı nəticəyə aparacaq.

Bu modelə əlavə olaraq 2024-cü il üçün təyin olunan gəlinlik trendləri də belə açıqlanıb:

- Kürəyiaçıq gəlinlik modelləri siyahının başındadır.

- Ənənə ilə müasirliyi eyni parçada birləşdirən gəlinlik modelləri zamansız dizaynlar arasındadır.

- Tək çiyinli gəlinliklər dəbdə olan modellər arasındadır. Bu modeli qızılı trend sırğalarla birləşdirə bilərsiniz.

- Asimmetrik kəsikli gəlinlik modelləri.

- Yüngül parça və ya daşlarla bəzədilmiş gəlinlik modelləri.

- Digər aksesuarlarla (tac, duvaq, əlcək və s.) inteqrasiya olunmuş gəlinlik modelləri.

Gəlinlik seçərkən nələrə diqqət etməli?

2024 gəlinlik modellərini seçərkən diqqət etməli olduğunuz ilk detal, sahib olmaq istədiyiniz gəlinlik modelinin tam olaraq xəyallarınızdakı kimi olmasıdır. Bundan əlavə, öz sahəsində mütəxəssis olan bir firma ilə geyinmək istədiyiniz gəlinlik modeli üçün lazımi hazırlıqları etməlisiniz.

Gəlinlər həyatlarının ən xoşbəxt günündə bu xüsusi geyimlə unudulmaz xatirələr yaşayırlar. Odur ki, gəlinlik seçimi hər bir gəlinə özünü yaxşı hiss etdirən və toya hazırlıqların ən xüsusi anlarından birini təmsil edən bir təcrübədir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə