Pantone 2024-cü ilin rəngini seçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pantone 13 - 1023 şaftalı tükü 2024-cü ilin rəngi seçilib.
2023-cü ilin sona çatması ilə bərabər ard-arda ilin filmləri, musiqiləri və kitabları kimi müxtəlif kateqoriyaların seçilənləri bəlli olur. Sosial mediada olan başlıqlardan biri də "İlin rəngi"dir. Pantone ilin rəngini "Başqaları ilə birlikdə olma arzumuzu və bunun yaratdığı hissləri bildirən isti və rahat rəng" kimi tanıdıb. Bu rəngin seçilmə səbəbi isə həssaslıq hissi verməsi, şəfqət, paylaşma, birlik mesajlarını çatdırdığı üçündür. Pantone şaftalı tükünün eyni zamanda dad bilmə, görmə, hiss etmə və iy bilmə qabiliyyətlərimiz arasında bir əlaqə yaratdığını, bu ilin rəng seçimindən olduqca məmnun olduğunu bildirib.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə