Gənc görünüşülü 72 yaşlı qadın gözəlliyin sirrini açıb

ABŞ-ın Sietl şəhərindən olan dermatoloq Coys Parkın 72 yaşlı qayınanası gözəlliyin sirrini açıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq video həkimin TikTok hesabında görünüb.

Beləliklə, yaşlı qadın dəriyə qulluq rutinindən danışarkən kamera qarşısında gəncliyini nümayiş etdirib. Belə ki, o bildirib ki, səhərlər üzünü sabunsuz su ilə yuyur, C vitamini, günəş kremi və gözlərinin altına qırışlara qarşı vasitə çəkir.

Öz növbəsində, axşam saatlarında dermatoloqun qayınanası hidrofilik yağla çirkləri təmizləyir. Sonra üzünü hipoalerjenik nəmləndirici gellə yuyur və A vitamininin bir forması olan retinoidləri tətbiq edir.

Eyni zamanda, Parkın sözlərinə görə, qayınanası əsas qayda olaraq birbaşa günəş işığından çəkinməyi çağırır.

Xatırladaq ki, iyulun əvvəlində meksikadan olan amerikalı aktrisa Salma Hayek gözəllik sirlərini açıqlamışdı. Belə ki, 56 yaşlı aktrisa xarici görünüşünü yaxşılaşdırmaq üçün botoks iynəsi vurmadığını etiraf edərək, bunun əvəzinə, o, daha gənc görünməsinə kömək edən xüsusi bir meditasiya hazırladığını söyləmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə