"İlk növbədə yayın trend rənglərini vurğulamaq istəyirəm ki, bunlar qırmızı, yaşıl və bəyazdır". Bu sözləri SİA-ya açıqlamasında modelyer Şəlalə Maqsudova deyib.
Onun sözlərinə görə, parçaların materialları çox önəmlidir: "Bu ilin yayında ən çox nazik kətan, nazik cins, krep şifon material parçalar dəbdə olacaq".
Şəlalə Maqsudova sözlərinə belə davam edib: "Yayda boş, uçuşan və "oversize" üslubunda olan geyimlər daha çox gündəmdə olacaq.
Dəb olmasına baxmayaraq yenə də qadınlar və kişilər öz tərzini tapsa, istər komfort, istərsə də yaraşma baxımından özlərinə uyğun geyimi seçsə daha gözəl olar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə