Bu yay hansı rənglər trend olacaq? - MODELYER AÇIQLADI

Cəmiyyətdə müəyyən zaman kəsiyində ön plana çıxan geyim tərzinə dəb deyilir. Bu gün geyim və toxuculuq sənayesi ilə eyniləşdirilən dəb Latın dilindəki modo sözündən gəlir. Bu söz "indi", "həmin an" deməkdir. Moda bir dövrdə ön plana çıxan geyinmə tərzi və vərdişləridir.

"Hər il hər fəsildə moda aləmində dəyişikliklər olur. Bildiyimiz kimi, artıq qış fəslini arxada qoyduq və yaya doğru gedirik. Moda aləmində də bu rənglərin dəyişiminə təsir edir". Bu sözləri SİA-ya açıqlamasında modelyer Şəlalə Maqsudova deyib.

Onun sözlərinə görə, yaz fəslində öndə olan rənglər qırmızı, qırmızının tonları, göy və göyün tonları daha çox öndə olacaq: "Ağ və qara rənglər isə klassik rəng olaraq hər zaman favorit rənglər olaraq hər fəsildə və hər ildə gündəmdədir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə