12 yaşlı yeniyetməni avtomobil vurub

12 yaşlı yeniyetməni avtomobil vurub

Bakının Suraxanı rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Məmmədli Emil Famil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə