Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb

Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb

Nizami rayonu, Qara Qarayev prospekti, Əlif Hacıyev küçəsində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 11 saylı 36 kv metr 2 otaqlı mənzildə partlayış baş verib. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant İlqar Nəsibov deyib.

O bildirib ki, partlayışdan sonra mənzildə təxminən 13 kv metr ərazidə yanğın olub: "Yanğın zamanı mənzildə heç kim olmayıb. Yanğın nəticəsində ev əşyaları yanıb, eləcə də deformasiya uğramış arakəsmə divarlar dağılıb. Bir nəfər yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib".

FHN rəsmisi qeyd edib ki, yanğınla bağlı qaynar xəttə 23:12-də məlumat daxil olub: "23:16-da Fövqəladə Hallar Nazirliyinim bölmələri hadisə yerinə çatıblar. 16 dəqiqə ərzində yanğın tam söndürülüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən texnikası, 1 xilasetmə avtomobili və 20-dən çox şəxsi heyəti cəlb olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə