Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, partlayış dalğasının təsirindən evin ön divarı uçub.
Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB