Ekvador polisi keçirdiyi bir neçə əməliyyat zamanı 3,15 tondan çox narkotik maddə müsadirə edib.
SİA “ren.tv” saytına istinadən xəbərin Ekvador polisi tərəfindən yayımlandığını bildirir.
Beləliklə, ölkənin hüquq-mühafizə orqanları əməkdaşlarının bildirdiyinə görə, müsadirə edilmiş narkotik vasitələrin təxmini dəyəri 7,8 milyon dollardan çoxdur.
Müsadirə olunan maddələrin bir hissəsinin Avropaya daşınması üçün nəzərdə tutulduğu qeyd edilir.
Xatırladaq ki, 2021-ci ildə Ekvadorda 192 tondan çox müxtəlif narkotik vasitə ələ keçirilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB