Avtomobil 21 yaşlı gəncə xəsarət yetirib

Avtomobil 21 yaşlı gəncə xəsarət yetirib

Bakıda avtomobil 21 yaşlı gəncə xəsarət yetirib. SİA-nın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü İsmayılov Elxan Çingiz oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozlarıı qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə