Bakıda toydan çıxan şəxsi avtomobil vuraraq öldürüb

Bakıda toydan çıxan şəxsi avtomobil vuraraq öldürüb

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən Ramil Əliyev yol kənarında hərəkət edən şəxsi vurub. Təxminən 60-65 yaşlı kişi hadisə yerində ölüb.

Məlum olub ki, ölən şəxs yaxınlıqdakı şadlıq sarayından çıxıb. Piyada bəyin dayısıdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü R.Əliyev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə