Bakıda motosiklet piyadanı vurub, xəsarət alanlar var

Bakıda motosiklet piyadanı vurub, xəsarət alanlar var

Bakının Nizami rayonunda yol qəzası zamanı piyada və sürücü yaralanıb.

SİA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

1998-ci il təvəllüdlü Qasımov Kamran Bəhram oğlu idarə etdiyi motosikletlə Qara Qarayev prospektində yolu keçən 1997-ci il təvəllüdlü Nəbiyev Zamiq Namiq oğlunu vurub. Qəza nəticəsində K.Qasımov və piyada Z.Nəbiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə