Şadlıq sarayının sahibi 4 min manat cərimələnib

Şadlıq sarayının sahibi 4 min manat cərimələnib

Ağsu polisinin keçirdiyi monitorinqlər zamanı rayon ərazisində toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, şəhər ərazisində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə əlaqədar obyekti işlədən Elnur Abbasov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə