Motosiklet qəzasında 5 yaşlı qız ölüb

Motosiklet qəzasında 5 yaşlı qız ölüb

Salyanda motosiklet aşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 24-də saat 17 radələrində Salyan rayonunun Cəngən kəndi ərazisində kənd sakini T.Salmanov idarə etdiyi “Muravey” markalı motosikleti aşırıb və nəticədə sərnişini olan 5 yaşlı qızı hadisə yerində ölüb.

Qeyd edək ki, Salyan RPŞ tərəfindən araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə