Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 102 kvadratmetr olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (dərzi sexi, bərbərxana və telefon mağazası) ibarət tikilinin tavanı 60 kvadratmetr sahədə yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbəbr verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Ağcabədi rayonunda isə ümumi sahəsi 30 kvadratmetr olan fin tipli evin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik ümumi sahəsi 49 kvadratmetr birmərtəbəli evin qamışdan ibarət tavanı 10 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB