Karantin qaydalarını pozan toy təşkilatçısı cərimələnib

Karantin qaydalarını pozan toy təşkilatçısı cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, rayonun Danaçı kəndində Dibir Həsənova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toyun təşkilatçısı D.Həsənov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə