Avtomobil oğrusu tutuldu

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Qəbələ şəhər sakini T.Alıyev müəyyən edilərək avtomobillə birgə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Qəbələ RPŞ-yə müraciət edən Məmmədağalı kənd sakini R.Hüseynov yanvarın 5-də şəhər ərazisindən “Changan” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini T.Alıyev müəyyən edilərək avtomobillə birgə saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə