Sabirabad rayonunda qətl törədilib.
SİA xəbər verir ki, qətl saat 22:00 radələrində rayonun Qaragüney kəndində baş verib.
Həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Nuruşov Sakit Elşad oğlu əmisinin 22 yaşlı nəvəsi tərəfindən ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Ölən şəxsin meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirilib.
Cinayətdə şübhəli bilinən Sabirabad rayonunun Qaragüney kənd sakini, 1998-ci il təvəllüdlü Nuruşov İftixar İfram oğlu saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB