Oğurluq etdiklərinə görə tutuldular

Oğurluqda şübhəli bilinən Lənkəran rayon sakinləri Z.Əliyev və R.İbadov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-dan oktyabrın 4-dək olan müddətdə rayon ərazisindəki iki mağazadan ümumilikdə 400 manat dəyərində ərzaq məhsulları, tütün məmulatı və qaynaq aparatı, bir avtomobil təmiri sexindən isə təmir alətləri oğurlamaqda şübhəli bilinən rayon sakinləri Z.Əliyev və R.İbadov saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə