Sumqayıtda avtomobil oğrusu tutuldu

Sumqayıtda avtomobil oğrusu tutuldu

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini N.İsgəndərli avtomobillə birgə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən şəhər sakini Y.Ağayev avqustun 31-də şəhər ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş N.İsgəndərli müəyyən edilərək avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə