Bakıda avtomobildən narkotik vasitə götürülüb

Bakıda avtomobildən narkotik vasitə götürülüb

Səbail RPİ İstintaq Şöbəsi və 8-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəmil Məmişovun idarə etdiyi "Peugeut" markalı avtomobildən 11,85 qram, yaşadığı evdən isə 42,32 qram marixuana aşkar edilərək götürülüb.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 20-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə AR CM-nin 311-ci (rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə axtarışda olan Arif Hacıqurbanov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə