Balakən rayonunun Mahamalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 11-də saat 21 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində şəhər sakini V.Musayev idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobildəki sərnişinlərdən Qazma kənd sakinləri Elçin Verdiyev, Kənan Yüzbaşıyev hadisə yerində ölmüş, sürücü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB