Biləsuvarda minik avtomobilləri toqquşub

Biləsuvarda minik avtomobilləri toqquşub

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində "NAZ" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "NAZ" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə