Pakistanın Pencab əyalətində qatarda baş verən yanğın nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb, 10-larla insan yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 40 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, qatar Karaçidən Ravalpindiyə gedirdi.
Partlayışın yemək hazırlamaq üçün istifadə edilən qaz balonunun sıradan çıxması nəticəsində baş verdiyi bildirilir.
Yanğın 3 vaqonu əhatə edib.
Pakistanın Dəmiryolu nazir Şeyx Raşid açıqlamasında ölənlərin çoxunun qatardan özlərini atarkən həlak olduğunu bildirib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB