"Zil" markalı yük avtomobili yolu keçmək istəyən tələbə qızı vurub
Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
SİA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, "Zil" markalı yük avtomobili yolu keçmək istəyən piyada, 1999-cu il təvəllüdlü Feyzullayeva Məlahət Qüdrət qızını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Məlumata görə, M.Feyzullayeva tələbədir. O, dərsdən çıxan zaman onu yük avtomobili vurub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB